Azərbaycanlı qadın hakim ilk dəfə əcnəbi komandaların oyununda

azerbaycanli-qadin-hakim-ilk-defe-ecnebi-komandalarin-oyununda
Oxunma sayı: 639

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə verdiyi məlumata görə, dünən Rusiyanın U-17 milli komandasıyla Kazanın “Rubin” klubunun əvəzedici heyətləri arasındakı oyunu qadın referimiz Səbayel Qurbanova idarə edib.

“Biz toplanışlar zamanı ilk dəfədir ki, qadın hakimimizə təyinat verdik. Ruslar Səbayelin oyuna təyinat almasına və matçı yüksək səviyyədə idarə etməsinə yaxşı mənada təəccübləniblər”.

X.Məmmədov S.Qurbanovanın Unibank Premyer Liqasının final mərhələsinin – ikinci “altılığ”ın oyunlarına da təyinat alacağını deyib.