Azərbaycanlı qadın hərbçi şəhid oldu - Fotolar

azerbaycanli-qadin-herbci-sehid-oldu
Oxunma sayı: 15511

Ötən gün Donetskdə güclü partlayış baş verib. 

“Qafqazinfo”nun “Baku.ws”ə istinadən verdiyi məlumata görə, partlayış Kiyev vaxtı ilə saat 11:30-da qeydə alınıb. 

Partlayış nəticəsində mənzillərdə şüşələr sınıb və güclü gurultu eşidilib. Güclü partlayış nəticəsində ölən və yaralananlar olub. 

Dünyasını dəyişənlər arasında Azərbaycan əsilli, Ukrayna ordusunda könüllü döyüşən Lena Muradova da olub.