Azərbaycanlı qadın silahla fahişəliyə məcbur edildi

azerbaycanli-qadin-silahla-fahiseliye-mecbur-edildi
Oxunma sayı: 6461

Türkiyədə zorla fahişəliyə cəlb edilən azərbaycanlı qadın polis tərəfindən xilas edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Dənizli bölgəsində azərbaycan əsilli bir qadına zorla fahişəlik etdirən şəxs barədə şikayət daxil olub. Polis 58 yaşlı Ramazan S.-nin evində əməliyyat keçirib. Bu zaman evdə olan 48 yaşlı Nazilə M. Ramazan S. tərəfindən silah gücünə evdə saxlandığını və fahişəliyə məcbur edildiyini deyib. 

Qadının ifadəsindən sonra Ramazan S. saxlanılaraq həbs edilib. 

Aysel Kərimova