Azərbaycanlı qadının Türkiyədə çantası oğurlandı - Video

azerbaycanli-qadinin-turkiyede-cantasi-ogurlandi
Oxunma sayı: 1297

Türkiyədə azərbaycanlı qadın həmcinsləri tərəfindən soyulub. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, olay Fateh bölgəsində baş verib. Belə ki, aralarında 1 uşaq olmaqla 4 qadın uşaq arabası ilə gəzən azərbaycanlı qadına yaxınlaşıb, yol soruşmaq bəhanəsilə onun fikrini yayındırıblar. 

Daha sonra onlar arabadakı çantanı oğurlayıblar. Azərbaycanlı qadın bir müddət sonra çantasının oğurlandığını görüb və polisə məlumat verib. Təhlükəsizlik kameralarına düşən qadınlardan 3-ü saxlanılıb. 

Aysel Kərimova