Azərbaycanlı qadınların neft vannası dünya mətbuatında

azerbaycanli-qadinlarin-neft-vannasi-dunya-metbuatinda-
Oxunma sayı: 2024

Dünya mətbuatı Azərbaycan qadınlarının neft vannası qəbul etməsindən yazıb. “Qafqazinfo”nun “Ensonhaber” saytına istinadən verdiyi xəbərə görə, nəşr yazır ki, qədim Misir kraliçası Kleopatranın süd vannasından sonra azəri qadınlarının neft vannası haqda danışılır.

Nəşr qeyd edir ki, illik neft gəliri 55 milyard türk lirəsi olan dünyanın öndə gedən neft istehsalçısı Azərbaycanda gözəllik xərcləri sərhəd tanımır. Belə ki, paytaxt Bakıda spa mərkəzləri ölkənin ən varlı qadınlarına neftdən gözəllik vannası xidməti təklif edir.

Xəbərdə daha sonra bildirilir ki, bu bahalı gözəllik xidməti üçün həkimlər 10 dəqiqədən daha çox neftlə təmas xərçəng riskini artıra bilər.

Qeyd edək ki, bu barədə məlumat ilk olaraq Dailymail qəzetində yer almışdı.