Azərbaycanlı “qanuni oğru” Ukraynada saxlanıldı - Fotolar

azerbaycanli-qanuni-ogru-ukraynada-saxlanildi
Oxunma sayı: 6884

Ukraynada Kiyev vilayətinin polisləri “Dato Ağcabədili” ləqəbli “qanuni oğrunu” saxlayıblar.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin məlumat verib.

Onun sözlərinə görə, dünən axşam Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü “Dato Ağcabədili” ləqəbli Məmmədov Cavid İltizam oğlu saxlanılıb:

“Bu “turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində üç il gəlişinə qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”.

O əlavə edib ki, Ukraynada digər “qanuni oğrular” da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.