Azərbaycanlı “Range Rover”iylə avtobusu saxladı, sürücünü bıçaqladı

Azərbaycanlı “Range Rover”iylə avtobusu saxladı, sürücünü bıçaqladı
Oxunma sayı: 3213

Sank-Peterburqda “Range Rover”in azərbaycanlı sürücüsü məktəbliləri daşıyan avtobus sürücüsünü bıçaqlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hər iki sürücü arasında insident avtobus sürücüsünün yol hərəkəti qaydaları ilə bağlı digərinə xəbərdarlıq etməsi ilə başlayıb. “Range Rover”in sürücüsü 43 yaşlı iş adamı Əlizadə Mustafayev avtobusun qarşısını kəsib və əlindəki bıçaqla uşaqların gözləri qarşısında digər sürücünü bıçaqlayıb. 

Qeyd edilir ki, avtobusda 4-cü sinif şagirdləri olan 24 uşaq olub. 

Hadisədən sonra iş adamı gizlənib. Hazırda polis cinayətkarın axtarışındadır. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi