Azərbaycanlı reper ailəsi ilə ABŞ-a köçdü

azerbaycanli-reper-ailesi-ile-abs-a-kocdu
Oxunma sayı: 4272

“Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmov ailəsi ilə birlikdə iyunun 16-da ABŞ-a köçüb.

“Qafqazinfo” xəbər verir ki, reper bundan sonra Nyu-York şəhərində yaşayacaq.

Qeyd edək ki, Elmir Məhərrəmovu Amerikaya yola salanlar arasında sənət dostları da olub.

Xatırladaq ki, E. Məhərrəmov 2016-cı ildə “Greencard” proqramına müraciət edib, 2017-ci ilin may ayında “Greencard” qalibi olub.  O, 1 ilədək davam edən sənədləşmədən sonra öz vizasını 2018-ci ilin may ayında əldə edib.