Azərbaycanlı sahibkarlar ərəb ölkələrinə səfər edəcək

azerbaycanli-sahibkarlar-ereb-olkelerine-sefer-edecek
Oxunma sayı: 637

Bu ilin iyul ayında Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti ərəb ölkələrinə işgüzar səfərə gedəcək.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu barədə “Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyi"nin (TASCA) rəhbəri Məhəmməd Al-Adil bildirib.

"İlk növbədə, iş adamlarının Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinə səfərləri təşkil olunacaq. İş adamlarının ərəb ölkələrində ticarət palataları və işgüzar dairələrlə görüşləri baş tutacaq. Oktyabrın 21-23-də Bakıda keçiriləcək "Azərbaycan-Ərəb İnvestisiya və Ticarət Əməkdaşlığı Forumu"na 22 ərəb ölkəsi dəvət olunacaq. Məqsəd Azərbaycanı, bu ölkənin iqtisadiyyatını, mədəniyyətini, ticarət potensialını ərəb ölkələrinə tanıtmaq, eləcə də Azərbaycan ilə ərəb universitetləri arasında ortaq layihələr həyata keçirmək, ərəb ölkələrində "Azərbaycan investisiya və turizm günləri" təşkil etmək, Azərbaycan haqqında ərəbcə kitablar nəşr etmək, Azərbaycan barədə xəbərlərin ərəb dünyasına birbaşa çatdırılması üçün ərəbcə web-saytın hazırlanması və ən əsası hər il Bakıda "Azərbaycan-Ərəb İnvestisiya və Ticarət Əməkdaşlığı Forumu" keçirməkdir", - deyə TASCA rəhbəri qeyd edib