Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi

azerbaycanli-sinif-yoldasini-olduren-gurcu-13-il-sonra-ele-kecdi
Oxunma sayı: 2480

Moskva məktəblərinin birində fiziki tərbiyə dərsində sinif yoldaşını bıçaqlayan əslən Gürcüstandan olan məktəbli Besik Koçalidze cinayəti törətdikdən 13 il sonra Polşada saxlanılıb.

“Qafqazinfo”nun “Moskovski komsomolets”ə istinadən məlumatına görə, hazırda Koçalidzenin ekstradisiyası üçün sənədlər hazırlanır.

Haqqında söz açılan insident 2006-cı ildə Rusiyanın paytaxt məktəblərinin birində baş verib. Məktəbin əslən Gürcüstan və Azərbaycandan olan şagirdləri arasında mübahisə düşüb. Mərhumun qohumlarının sözlərinə görə, Besik Koçalidzenin sinif yoldaşının anasını öz doğma dilində təhqir etməsinə baxmayaraq, sonuncu onun sözlərini başa düşüb.

Təhsil müəssisəsinin direktoru şagirdləri barışdırmaq istəyib. Fiziki tərbiyə dərsi vaxtı o, idman zalına gəlib və məktəblilərə bir-birinin əlini sıxmağı təklif edib. Lakin yeniyetmələr bir-biri ilə söz savaşına çıxıb. Daha sonra Koçalidze sinif yoldaşına 14 bıçaq zərbəsi vurub. Yeniyetmə hadisədən bir ay sonra xəstəxanada dünyasını dəyişib.

Cinayətkar isə qaçıb. Mərhum məktəblinin qohumlarının ehtimallarına görə, Koçalidze Ukrayna ərazisində gizlənə bilərdi. Mərhumun ailəsi cavan oğlanı sosial şəbəkədə tapıb. O, onlara Polşada yaşadığı halda, Ukraynada qaldığını bildirib. Cinayətkar faciəvi hadisədən yalnız 13 il sonra ələ keçib.