Azərbaycanlı Tarkan ayrılıq acısını yaşadı – Fotolar

azerbaycanli-tarkan-ayriliq-acisini-yasadi-fotolar
Oxunma sayı: 698

“Qafqazinfo”nun məlumatına görə, müğənni klipdə sevgilisindən ayrılan gənc obrazında görünüb. Sözləri NADO-ya, musiqisi isə Elvin Musayev və özünə aid olan “Sevdamın adı sənsən” mahnısı Türkiyədə aranjiman olunub. Tez-tez Türkiyəyə səfərlər edən sənətçi yaxın gələcəkdə oranın şou-biznesində özünü sınamaq qərarına gəlib.

Saçları və görkəmi ilə türkiyəli meqa-star Tarkanı xatırladan sənətçinin orada nə qədər uğurlu olacağını zaman göstərəcək.
Nurlan Təhməzli isə Azərbaycanda sevilib populyar olmağı hər şeydən çox istədiyini bildirib. Yeni klipdən hazırlanan fotosessiyanı sizə təqdim edirik.

Aynur B.