Azərbaycanlı tələbə beynəlxalq yarışda medal qazandı

azerbaycanli-telebe-beynelxalq-yarisda-medal-qazandi
Oxunma sayı: 638

Braziliya Jiu-Jitsu Federasiyasının ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində keçirdiyi prestijli "Beynəlxalq San Francisco International Open" çempionatında həmyerlimiz, San-Fransisko dövlət üniversitetinin tələbəsi Adil Nağıyev məharətlə çıxış edərək 3-cü yerə çıxıb.

Trend-in məlumatına görə, o, iki rəqibini təmiz qələbə ilə məğlub edib, birinə isə xal hesabı ilə uduzub.

"Ən böyük yarışlardan birində yər tutdum. Hələ yenə də yarışlara çıxıb gələn dəfə birinci yeri tutacam", - Nağıyev deyib.

Nağıyev idmanın bu növü ilə 6 ildir məşğul olur, bir sıra beynəlxalq yarışlarda iştirak edib, Kaliforniyada təlimatçı-məşqçi kimi də fəaliyyət göstərir, müvafiq kəmər sahibidir. Hazırda ABŞ çempionatında iştirak etməyə hazırlaşır.