Azərbaycanlı tələbə Çində fitnes-model yarışının qalibi olub - Fotolar

azerbaycanli-telebe-cinde-fitnes-model-yarisinin-qalibi-olub
Oxunma sayı: 650

Pekin İdman Universitetinin Uşu ixtisasi üzrə magistratura səviyyəsində üçüncü kursda təhsil alan Sadiq Həsənov Çin universitetlərinin tələbələri arasında keçirilmiş fitnes-model yarışının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, yarışda Çin üzrə təxminən 230 universitetdən 600-ə yaxın yerli və əcnəbi tələbə bir neçə növdə qalib olmaq üçün yarışıb. Həmvətənimiz S.Həsənov fitnes-model növündə çempion adını qazanıb. 

Qeyd edək ki, bu, Sadiqin ilk uğuru deyil. O, mütəmadi olaraq bu cür yarışlarda mükafatçılar sırasında olur.