Azərbaycanlı tələbə erməni müəllimi universitetdən qovdurdu

azerbaycanli-telebe-ermeni-muellimi-universitetden-qovdurdu
Oxunma sayı: 1347

Polşada erməni müəllim qərəzli şəkildə azərbaycanlı tələbəni imtahandan kəsdiyi üçün universitetdən qovulub. 

“Qafqazinfo” vətəninfo.az saytına istinadə xəbər verir ki, həmyerlimiz Fatimə Şirəliyeva Tələbə Mübadiləsi proqramı ilə hazırda Lodz şəhərində təhsil alır. Universitetdə Dağlıq Qarabağ mövzusunda keçirilən tədbirlərdə fəal iştirak etməsi ilə bilinən Fatimə bu il imtahanına erməni müəllimin girəcəyini bildikdən sonra, mövzusunu dəyişib və Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan istiqamətində hazırlaşıb. Çıxışı çox bəyənilsə də, müəllim onu imtahandan kəsib.
 
Tələbə əvvəlcə universitet rəhbərliyinə, daha sonra da Təhsil nazirinə müraciət edib. Araşdırma aparıldıqdan sonra nazirin göstərişi ilə müəllim univeristetdən qovulub.