Azərbaycanlı tələbə qəzada öldü - 14 fevralda məzun olacaqmış

azerbaycanli-telebe-qezada-oldu
Oxunma sayı: 5328

Fevralın 4-də Türkiyənin Biləcik şəhərində baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı Mirsani Seyidov ağır yaralanıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Biləcik Şeyx Ədabalı Universitetində təhsil alan gənc yerləşdirildiyi xəstəxanada bu gün dünyasını dəyişib.

Mərhum universitetin Mühəndislik Fakültəsinin Mexanika Mühəndisliyi Bölümündə təhsil alırmış. 14 fevralda imtahan verdikdən sonra məzun olacaqmış.

Qeyd olunur ki, M. Seyidovun idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisə zamanı avtomobildə Seyidovla birlikdə daha iki nəfər olub. Onlar qəza zamanı yüngül xəsarət alıblar.