Azərbaycanlı tələbə Türkiyədə vəfat etdi

azerbaycanli-telebe-turkiyede-vefat-etdi
Oxunma sayı: 8753

Azərbaycandan Türkiyəyə təhsil almağa gedən tələbə orada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Türkiyədə “İstanbul Kəmərburqaz Universiteti”ndə təhsil alan 1991-ci il təvəllüdlü Kənan Nəsibov bu gün səhər saatlarında vəfat edib. Onun zəhərlənmədən öldüyü bildirilir.

Kənan Nəsibov Azərbaycanda “Sektor 11” fan-klubunun təsisçilərindən biri olub.

Murdad Əhməd