Azərbaycanlı tələbələr Gürcüstanda Rəsulzədənin xatirəsini əbədiləşdirmək istəyirlər

azerbaycanli-telebeler-gurcustanda-resulzedenin-xatiresini-ebedilesdirmek-isteyirler
Oxunma sayı: 656

Müraciətdə Tbilisi şəhərində M.Ə.Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə qoyulması arzusu əksini tapıb. Müraciət müəllifləri qarşıdakı dövrdə Tbilisi şəhərində ADR-in qurucusunun abidəsinin ucalacağına ümid etdiklərini bildiriblər.

Müraciət gələn həftə nəzərdə tutulan ünvanlara göndəriləcək. Müraciətə GİPA-da təhsil alan tələbələr - Vüsalə Əhmədova, Tural İbadov, Aygül Abdulkərimova, Vüsal Əzizov, Vüsalə Həsrətli, Asim Cəlilov və Cəsur Məmmədov imza atıblar.