Azərbaycanlı tələbələr Türkiyədə təhsil haqqından azad olunacaq?

azerbaycanli-telebeler-turkiyede-tehsil-haqqindan-azad-olunacaq
Oxunma sayı: 642

Təhsil Nazirliyinin (TN) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva çərşənbə axşamı Trend-ə deyib ki, universitetlərdə oxuyanların təhsil haqqından azad olunması Türkiyədə oxuyan əcnəbi, o cümlədən azərbaycanlı tələbələrə şamil edilməyəcək.

Nazirlik rəsmisinin sözlərinə görə, Türkiyənin dövlət universitetlərində dövlət xətti ilə təhsil alan şəxslər təhsil haqqının 9-10 faizini ödəyirlər. Türkiyə hökumətinin verdiyi qərar da yalnız öz vətəndaşlarının həmin təhsil haqqından azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə azərbaycanlı gənclərin ən çox ali təhsil aldığı ölkələrdəndir. Türkiyə hökumətinin ötən ay verdiyi qərara görə, bu ölkədə 1 524 380 tələbə təhsil haqqından azad olunub. Bu qayda ikinci dəfə ali təhsil alanlara şamil olunmayacaq.