Azərbaycanlı terrorçular Acuna sui-qəsd hazırlayıblar - Yenilənib

azerbaycanli-terrorcular-acuna-sui-qesd-hazirlayiblar-yenilenib
Oxunma sayı: 648

“Əl Qaidə” terror təşkilatına qarşı aparılan əməliyyat zamanı Türkiyə polisi maraqlı faktlar əldə edib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, mütəxəssislərin ələ keçirdikləri kompüterdə terrorçuların hədəfində olan şəxslər arasında məşhur aparıcı Acun İlicalının adına da rast gəliblər.

Polis təşkilat üzvlərinin yerini təyin etdikdən sonra 12 terrorçunu ələ keçirə bilib. Dindirilmə zamanı onlardan 2-sinin çeçen, 2-sinin azərbaycan əsilli, 8-nin isə türk olduğu məlum olub.

Məşhur aparıcıdan başqa terrorçuların siyahısında Adnan Oktar, Koç Muzeyi, Amerika səfirliyi və Balatda yerləşən bir sinaqoq da olub.

“Əl Qaidə” üzvlərinin teleaparıcı ilə yazar Adnan Oktar haqqında xüsusi araşdırma apardıqları ortaya çıxıb. Şifrəli faylda İlicalı və Oktarın ev və iş adreslərinin yeri də göstərilib.