Azərbaycanlı xanəndə Özbəkistanda mükafatlandırıldı - Fotolar

Azərbaycanlı xanəndə Özbəkistanda mükafatlandırıldı
Oxunma sayı: 1881

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında azərbaycanlı gənc xanəndə Pərviz Qasımov və Qırğız Respublikasının “Komuzçular” dueti birinci mükafata layiq görülüb.

“Qafqazinfo”nun məlumatına görə, dünyanın 75 ölkəsindən 340 ifaçının iştirak etdiyi festivalın baş mükafatı - Qran-Prini Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Mexriniqor Abduraşidova alıb.

İkinci mükafat Türkmənistan və Monqolustan nümayəndələrinə verilib. Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutub.

Qeyd edək ki, 1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə qazanıb. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi