Azərbaycanlı “Yetenek sizsiniz”də oriyental oynadı

Azərbaycanlı “Yetenek sizsiniz”də oriyental oynadı
Oxunma sayı: 2240

Ötən gün “Yetenek sizsiniz” yarışmasının ilk bölümü yayımlanıb. Talant müsabiqəsində azərbaycanlı xanım Firuzə İdrisbəyli iştirak edib. O, səhnədə oriyental rəqs nümayiş etdirib.

Firuzə səhnədə 2 metr uzunluğunda piton ilanla rəqs edib. Həmyerlimiz şou göstərən zaman çətin anlar yaşayıb, paltarı sürüşməyə başlayıb. Ancaq o, bu problemi aradan qaldırmağa çalışıb. 

Münsiflərdən Acun Ilıcalı və Ali Tarhan şounun davamını izləmək istəməyib və “X” düyməsini basıb.  Digər jüri Hulya Avşar isə F. İdrisbəylinin çıxısını sonadək izləyib.  

Çıxışın finalında hər üç tanınmış şəxs Firuzənin rəqsini bəyənməyib. Onlar azərbaycanlı iştirakçıya geyimi ilə bağlı iradlarını bildiriblər. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi