Azərbaycanlı zəvvar İraqda infarktdan öldü

Azərbaycanlı zəvvar İraqda infarktdan öldü
Oxunma sayı: 1747

İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna açıqlamasında zəvvar Mirələm Həşimov bildirib.
 
Onun sözlərinə görə, hadisə bu gün baş verib. Belə ki, İraqın Samirə şəhərini ziyarət etdikdən sonra R.Musayev avtobusda ürəktutmasından dünyasını dəyişib.
 
Zəvvar yoldaşları R.Musayevi xəstəxanaya çatdırmaq istəsələr də, artıq gec olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi