Azərbaycanlı zəvvarlar tapıldı- - Yenilənib

azerbaycanli-zevvarlar-tapildi-
Oxunma sayı: 2873



“Qafqazinfo” xəbər verir ki, bu barədə ANS PRESS-ə zəvvarların qohumları məlumat veriblər. 

Məlumatda bildirilib ki, mayın 21-i tarixində Bibiheybət məscidinin önündə toplaşan zəvvarlar Nardarandan Məşhədə hərəkət edən avtobuslardan biri ilə ziyarətə gediblər. Amma hələ ki, onlardan heç biri ilə əlaqə saxlamaq mümkün olmayıb: “Əmim Kamal Ocaqverdiyevi və 50-ə yaxın zəvvarı Məşhədə yola salmışıq. Biləsuvarda olanda mənimlə əlaqə saxladı. O, sərhəd keçid məntəqəsini indi keçdiklərini söylədi. 3 gündür ki, onlardan heç bir ilə əlaqə saxalaya bilmirik. Zəvvarların qohumları çox narahatdırlar. Onlar yola bələd olan şəxslərin birinin avtobusu ilə gediblər. Bir sutkalıq yolu ola bilməz ki, 3 sutkaya qət eləsinlər. Avtobusda 8 qadın, 40-a yaxın kişi var idi”.

Məsələ ilə əlaqədar olara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxladıq. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS PRESS-ə açıqlamasında hazırda onların heç bir qrupunun Məşhəddə və Kərbəlada olmadığını söyləyib.

“O qrupu biz göndərməmişik. Bu saat bizim adamlarımız Məşəddə yoxdur. İraqa da heç bir qrup göndərmirik. İndi bu işlə adi adamlar məşğul olur. Siyahıları və pasportları yığıb İraqa göndərirlər. Vizanı alıb, ora gedirlər. Təhlükəsizliyə zəmanət olmadığı üçün biz ora səfər təşkil etmirik”.

Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bu barədə heç bir məlumatları olmadıqlarını dedilər.

***

Nardaran ağsaqqalı Hacı Hacıağa Nuriyev Məşhədə ziyarətə gedən və itkin düşdükləri iddia olunan ziyarətçilərlə bağlı  virtualaz.org saytına açıqlama verib.

O bildirib ki, zəvvarların hamısı sağ-salamatdır, dini ayinləri yerinə yetiriblər və  hazırda Bakıya qayıdırlar: "Son günlər Bakıdan Məşhədə yalnız bu qrup yola düşüb. Bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov özü də təsdiq etmişdi ki, onların idarəsi Məşhədə ziyarətçi qrupu göndərməyib. Deməli, söhbət böyük ehtimalla Nardarandan yola düşmüş bu qrupdan gedir”.