Azərbaycanlı zəvvarların avtobusu yandı - - 41 yaralı

azerbaycanli-zevvarlarin-avtobusu-yandi-
Oxunma sayı: 6322


Hadisə nəticəsinə sərnişinlərdən 41 nəfəri xəsarət alıb. Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Derəxşan deyib ki, avtobusda yanğın yerli vaxtla saat 03:35 radələrində Ərdəbil şəhərindən Zəncan istiqamətinə hərəkət edərkən baş verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar.