Azərbaycanlılar 17 yaşlı ermənini əsir götürübmü?- - Foto

azerbaycanlilar-17-yasli-ermenini-esir-goturubmu-
Oxunma sayı: 1885


“Qafqazinfo”nun Azadlıq Radiosuna istinadən məlumatına görə, yerli sakinlər onun yaşadığı kənddə itkin düşdüyünü deyirlər. Ermənistan mediasında Tsakanyanı Azərbaycanın kəşfiyyat qrupunun götürdüyü barədə xəbərlər dolaşsa da hələlik bu xəbər rəsmi mənbələrdən təsdiqlənmir. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün bu olayla bağlı heç bir informasiyaya malik olmadığını açıqlayıb.

Qeyd edək ki, 17 yaşlı Smbat Tsakanyanın yaşadığı kəndin icra nümayəndəsi Azadlıq Radiosunun erməni xidmətinə bildirib ki, 17 yaşlı gəncin Azərbaycanda əsir ola biləcəyinə o qədər də inanmırlar. Amma hələlik onun necə itkin düşdüyü də aydın deyil. Amma atası hesab edir ki, iyulun 4-dən bu yana görmədiyi oğlunu Azərbaycan əsgərləri tutublar.