Azərbaycanlılar 370 min, gürcülər 27 min, ermənilər isə 650 min

azerbaycanlilar-370-min-gurculer-27-min-ermeniler-ise-650-min
Oxunma sayı: 645

SalamNews-un “Armenia Today”ə istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı mütəxəssislər bildiriblər. Rusların sayında isə 9 milyon nəfər azalma qeydə alınıb. Rusiyada yaşayan digər Cənubi Qafqaz xalqlarının saylarında artım baş verib. Belə ki, azərbaycanlılar 370 min, gürcülər 27 min nəfər çoxalıb.

Yerli ekspertlər erməni əhalinin Rusiyada artmasına səbəb kimi yüksək doğum göstəricilərini deyil, miqrasiya proseslərini göstərirlər.

Rusiyaya gələnlərin sayında artım əsasən ötən əsrin 90-cı illərində qeydə alınıb. Bununla belə, 2008-2010-cu illərdə bu ölkəyə gələnlərin sayı yüksək olub. Həmin dövrdə Rusiyaya 50-100 min erməni, azı 20 min azərbaycanlı və 5 min gürcü gəlib.