Azərbaycanlılar ABŞ hərbçisini döydü - Hamısı sərxoş olub

azerbaycanlilar-abs-herbcisini-doydu
Oxunma sayı: 6262

Litvada Azərbaycan vətəndaşları amerikalı hərbçi ilə dava edib. "Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, ötən gecə saat 2-də Kaunasın Laysves xiyabanında iki Azərbaycan vətəndaşı ilə ABŞ hərbçisi arasında münaqişə baş verib. Onlar ABŞ vətəndaşını döyüblər.

Məlumata görə, həm Azərbaycan vətəndaşları, həm də ABŞ hərbçisi sərxoş olub.

Amerikalını döyən azərbaycanlılardan biri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.