Azərbaycanlılar bacılardan birinə təcavüz edib, digərini öldürdülər - Ömürlük həbs

azerbaycanlilar-bacilardan-birine-tecavuz-edib-digerini-oldurduler
Oxunma sayı: 4514

Türkiyədə uqandalı əkiz bacılara qarşı cinayət və cinsi təcavüzdə ittiham edilən iki azərbaycanlı haqda ömürlük həbs cəzası verilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycan vətəndaşları olan Kənan Rəfiyev və dostu Sunay Həsənov 340 lirə qarşılığında uqandalı bacılarla seksual əlaqəyə giriblər. 

K.Rəfiyev ikinci dəfə seksual əlaqədən imtina edən bacılardan biri –Beatrisin boğazından sıxıb, daha sonra onu yumruqlayaraq zorla əlaqəyə girib. Qadının qışqırdığını görə K.Rəfiyev Beatrisə aid telefonu və 300 TL pulunu alıb. 

Bacısının səsinə gələn Violeti isə Sunay Həsənov ventilyatorun kabeli ilə boğaraq öldürüb. 

Sunay 31 yaşlı Violeti qətlə yetirməkdə, Kənan isə onun öldürülməsinə sövq etməkdə, həmçinin Beatrisə qarşı cinsi və fiziki hücumda ittiham edilərək ömürlük azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hər iki şübhəli evdən qaçıb Azərbaycana yola düşmək üçün avtobusa minmək istəyərkən yaxalanıblar.