Azərbaycanlılar girovluqda qalıb, onlar artezian qazır...

azerbaycanlilar-girovluqda-qalib-onlar-artezian-qazir
Oxunma sayı: 2466


“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər cəbhə xəttində yaşayan əhalinin problemlərinin həlli, o cümlədən suvarma və içməli suya olan tələbatlarının ödənilməsi sahəsində görülən işlərdən danışıblar.

BQXK-nin nümayəndəsi Nikola Sander iştirakçıları salamlayaraq kəndin su probleminin həlli üçün komitənin həyata keçirdiyi layihə barədə məlumat verib. O bildirib ki, istifadəyə verilən bu subartezian quyusu kənd sakinlərinin içməli suya olan tələbatını ödəməklə yanaşı, 40 hektar əkin sahəsinin də suvarılmasına xidmət edəcək.

Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, hazırda erməni girovluğunda olan Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və Həsən Həsənovun hüquqlarını Müdafiə Komitəsi, həmçinin onları ailələri bir sıra təşkilatlarla yanaşı Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət edib...