“Azərbaycanlılar öz evlərinə dönsün!”

azerbaycanlilar-oz-evlerine-donsun
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, universitet müəllimləri və tələbələr qarşısında çıxışında millət vəkili Qənirə Paşayeva Ermənistanın 20 ildən artıqdır ki, haqlarını kobud şəkildə pozmaqda davam etdiyi azərbaycanlı qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ problemi və qondarma erməni soyqırımı iddaları ilə bağlı geniş çıxış edib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. “Hər kəsin sosial şəbəkələrdə çoxlu xarici dostları var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə müəyyən məlumatlar vermək imkanına malik oluruq”, – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.

Çağırışdan dərhal sonra Giresun Universitet tələbələri öz təşəbbüsləri ilə virtual məkanda "Köçkün düşmüş Azərbaycanlılar öz evlərinə dönsün!" adlı beynəlxalq imzatoplama kompaniyasına başlayıblar və bütün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupu, Avropa Birliyi, Avropa Şurası rəsmilərinə və üzvlərinə müraciət ünvanlayıblar.