Azərbaycanlılar Reyxstaqın qarşısında aksiya keçirdi- - Fotolar

azerbaycanlilar-reyxstaqin-qarsisinda-aksiya-kecirdi-
Oxunma sayı: 672


Diasporla iş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, əllərində Azərbaycan, Türkiyə bayraqları və müxtəlif plakatlar tutan aksiya iştirakçıları beynəlxalq aləmdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi, XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biri Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər. 

Aksiya iştirakçıları bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə laqeyd yanaşan bəzi siyasi dairələri səmimi olmağa, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların da hüquqlarının pozulması faktına həssaslıq göstərməyə çağırıblar. 

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova öz torpaqlarında doğmalarının məzarlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Dağlıq Qarabağdakı qondarma rejimin qurduğu oyuncaq məhkəmə prosesindən dərin narahatlıq keçirdiklərini bildirib, bunu beynəlxalq hüquq normalarının kobud pozulması kimi qiymətləndirib və beynəlxalq məhkəmə instansiyalarını, habelə insan hüquqlarının müdafiəsini prioritet vəzifələri kimi təqdim edən beynəlxalq qurumları və dövlətləri məsələyə müdaxilə etməyə çağırıb.

Mitinq zamanı yerli sakinlərə alman və ingilis dillərində Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin əks olunduğu vərəqələr paylanılıb.