Azərbaycanlılar Rusiyada qəzaya uğradı

azerbaycanlilar-rusiyada-qezaya-ugradi
Oxunma sayı: 631

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Rusiya DİN-nin baş idarəsi bildirib ki, İvanova şəhərindən Bakıya yola düşən sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Avtobusdakı 37 nəfər sərnişinin Azərbaycan vətəndaşı olduğu və qəza nəticəsində ölən olmadığı deyilir. Avtobusun texniki vəziyyəti müayinə olunduqdan sonra onun Bakıya gedib-getməyəcəyi dəqiqləşəcək.


Səidə