Azərbaycanlılar Suriyaya niyə gedir?- - Suriyada 7 ay döyüşən azərbaycanlı danışdı

azerbaycanlilar-suriyaya-niye-gedir-
Oxunma sayı: 3760


"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan şəxslərlə görüşüb: “1982-ci il təvəllüdlü Hadıyev Fərid Şövqi oğlu ilə görüşdüm. Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilir. Həmin şəxs Azərbaycan Beynəlxalq Bankında işləyib. Orada işləyərkən vətəndaşlara məxsus kartlardan məlumat ötürüb və vətəndaşlara ziyan vurub. Saxlanma şəraitindən şikayəti yoxdur. Vəkillə təmin edilib. Özünü təqsirli bilir. Daha sonra Elmin Cavadov adlı şəxslə görüşdüm. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. Hər hansı şikayəti yoxdur. Özünü qismən təqsirli bilir”.

E. Behbudov təcridxanada saxlanılan Sumqayıt şəhər sakini Mehman Balakişiyevlə də görüşdüyünü deyib: “Mehman Balakişiyev Cinayət Məcəlləsinin 279.1-ci (qanunsuz olaraq silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. 2013-cü ilin oktyabr ayında Suriyaya gedib. Orada yeddi ay döyüşlərdə iştirak edib. Digər dörd azərbaycanlı ilə birlikdə Türkiyədə tutulub və Azərbaycana ekstradisiya olunub. Ondan Suriyaya nə üçün getdiyini soruşdum. Bildirdi ki, din uğrunda vuruşub. Həmçinin qeyd etdi ki, oraya, əsasən, qənimət və pul əldə etmək üçün gedirlər. O, törətdiyi əməldən peşmandır. Bildirdi ki, artıq oraya gedənlərə yaxşı baxmır. Saxlanma şəraitindən şikayəti yoxdur”.

E. Behbudov orada saxlanılan digər şəxslərin də vəziyyəti ilə maraqlandığını bildirib: “Hacı Məmmədovla, Rauf Mirqədirovla maraqlandım. Bildirdilər ki, hər şey qaydasındadır. Pərviz Həşimlinin isə Bakı istintaq təcridxanasına köçürüldüyünü dedilər”.