Azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçirəcəklər

azerbaycanlilar-tbiliside-etiraz-aksiyasi-kecirecekler
Oxunma sayı: 1167

Gürcüstan azərbaycanlıları fevralın 8-də Axalkalaki şəhərində erməni terrorçusu Mixail Avaqyanın abidəsinin ucaldılmasına qarşı etiraz aksiyası keçirəcəklər.

"Qafqazinfo" gürcü KİV-nə istinadən xəbər verir ki, Tbilisi meriyası aksiyaya rəsmi icazə verib.

Etiraz aksiyası fevralın 8-i saat 14:00-da Gürcüstan parlamentinin qarşısında baş tutacaq.