Azərbaycanlılar Türkiyədə futbol turniri keçirir - Fotolar

azerbaycanlilar-turkiyede-futbol-turniri-kecirir-fotolar
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, martın 10-da ADKADER dərnəyi( Azerbaycan Dialog ve Kardeşlik derneği) ve AZSA(Azerbaijanis Social Activities) qrupu Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futbol turniri təşkil edib. Turnirdə ümumilikdə 8 komanda iştirak edir ki, hər komanda da 8 futbolçudan ibarətdir. Yarışda ilk 3 yeri tutan komandaya xüsusi hədiyyələr təqdim olunacaq. Turnir martın 21-nə kimi davam edəcək.

Qeyd edək ki, ADKADER dərnəyi və AZSA qrupu bundan əvvəl də Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş stol-üstü tennis turniri də təşkil edib.

Xatırladaq ki, azərbaycanlıların turniri təşkil etməkdə əsas məqsədləri ölkənin dahi şəxsiyyətləri və qəhrəman oğullarının xatirəsini yad etmək və Egey bölgəsində yaşayan azərbaycanlıları bir araya gətirməkdir.

İqbal