Azərbaycanlılar və türkiyəlilər arasında silahlı insident- - 4 yaralı

azerbaycanlilar-ve-turkiyeliler-arasinda-silahli-insident-
Oxunma sayı: 2249


“Qafqazinfo”nun  APA-ya istinadən verdiyi məlumata görə, dava zamanı travmatik silahdan istifadə edilib. Nəticədə 4 nəfər yaralanıb.

Hadisə bu gün günorta saatlarında Moskvanın İzmayılovski Şosse adlanan ərazidə yerləşən kafedə baş verib. Türkiyə vətəndaşına məxsus kafedə baş verən dava zamanı dörd Türkiyə vətəndaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Moskva Polis İdarəsinin yaydığı məlumatda isə dava edənlərinin sayının 20 yaxın olduğu bildirilib. Dava edənlərdən 15 nəfəri hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır