Azərbaycanlılar xaricdə mitinq keçirdilər- - Fotolar

azerbaycanlilar-xaricde-mitinq-kecirdiler-
Oxunma sayı: 939


İslam Konfrans Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kampaniyası çərçivəsində Almaniyanın Bielfeld şəhərində izdihamlı yürüş-mitinq keçirilib. Aksiyada Bielefeld, Hannover, Hamburq və digər şəhərlərdən gəlmiş 350-dən çox həmvətənimiz, türk diasporunu nümayəndələri, iş adamları, ictimai-siyasi xadimlər və almanlar iştirak edib.

Azərbaycanın dövlət himni ilə müşayiət olunan mitinqi Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva açaraq XX əsrin ən dəhşətli faciəsi - Xocalı soyqırımı haqda məlumat verib.

Hannover şəhərindəki “Xəzər” Alman-Azərbaycan cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının tanıdılması istiqamətində daha geniş miqyaslı işlərin görülməsi vacibliyindən danışaraq həmyerlilərimizi bu işdə daha fəal olmağa çağırıb.

Mitinq-yürüşün ardınca isə Bielfeld şəhərinin mərkəzi akt zallarının birində “Xocalı həqiqətləri” adlı konfrans keçirilib.