Azərbaycanlılar xoşbəxtdir? - Reytinq açıqlandı

Azərbaycanlılar xoşbəxtdir?
Oxunma sayı: 2385

BMT-nin 2012-ci ildə təsis etdiyi “Sustainable Development Solutions Network” tərəfindən açıqlanan illik xoşbəxtlik reytinqində Azərbaycan 85-ci yerdədir.

"Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, dünyanın ən xoşbəxt ölkəsi Norveçdir. Sonuncu pillələrdə isə Suriya, Liviya və Afrika ölkələri qərarlaşıb.

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı ölkələrin siyahısında Norveç ötənilki lider Danimarkanın yerini tutub. İlk onluğa həmçinin İslandiya, İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya daxildirlər.

Rusiya bu siyahıda 49-cu, Türkiyə isə 69-cu yeri tutur. Maraqlıdır ki, Türkmənistan reytinqdə 59-cu, Qazaxıstan isə 60-cıdır.

Daha bir maraqlı məqam: Ermənistan 121-ci xoşbəxt ölkə olsa da, daha firavan yaşayan Gürcüstan reytinqdə 125-cidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi