Azərbaycanlıların düşdüyü qəza haqda yeni xəbər

azerbaycanlilarin-dusduyu-qeza-haqda-yeni-xeber
Oxunma sayı: 710

Rusiyanın Kalmıkiya Respublikasında azərbaycanlıların iştirakı ilə baş verən qəzanın səbəbi məlum olub. 

“Qafqazinfo”nun RİA Novosti-yə istinadən məlumatına görə, aşan mikroavtobusun sürücüsü müayinədən keçirilib və məlum olub ki, o, içkili olmayıb.

Sürücü bildirib ki, qəzanın səbəbi onun sükan arxasında yuxulaması olub. 

Xatırladaq ki, bu gün Rusiyada içərisində Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus qəzaya uğrayıb. Nijnı Novqoroddan Bakıya gələn mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb. Qəza zamanı mikroavtobusda 9 uşaq olmaqla 17 nəfər olub.