Azərbaycanlıların İraqda saxlanılması faktları araşdırılır - XİN

Azərbaycanlıların İraqda saxlanılması faktları araşdırılır
Oxunma sayı: 1724

Xəbər verdiyimiz kimi, iraqlı deputat Vian Dahil Twitterdə hesabında 512 rus və 200 azərbaycanlı qadının tutularaq həbsxanaya göndərildiyi haqda yazıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev faktın araşdırıldığını bildirib.

Onun sözlərinə görə, bu cür bəyanatlar yeni deyil:

“Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyi vasitəsilə daimi olaraq İraqın müvafiq orqanları ilə bu məsələ üzrə təmasdadır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi