Azərbaycanlıların Koordinasiya Şurası təsis edilib

azerbaycanlilarin-koordinasiya-surasi-tesis-edilib
Oxunma sayı: 1292

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, təsis yığıncağında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, 60-dan çox diaspor nümayəndəsi və rəhbəri iştirak edib. 

Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayaraq, xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu qeyd edib. Son dövrlər diaspor sahəsində görülən işlər barədə, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, koordinasiya şuraları və perspektivlər barədə məlumat verilib, iştirakçılara Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.