Azərbaycanlılarla ermənilər arasında virtual savaşa səbəb oldu

azerbaycanlilarla-ermeniler-arasinda-virtual-savasa-sebeb-oldu
Oxunma sayı: 8008


Rusiyanın tanınmış jurnalisti, teleaparıcı Tina Kandelakinin facebook hesabında paylaşdığı foto və yazdığı şərh ermənilərlə azərbaycanlılar arasında qızğın müzakirəyə səbəb olub.

 “Qafqazinfo” xəbər verir ki, atası gürcü, anası erməni olan jurnalist qədim alban abidəsi olan Tatev monastrını paylaşaraq onu IX-XIII əsrlərə aid erməni abidəsi kimi təqdim etməsi azərbaycanlı istifadəçiləri qəzəbləndirib. Qarşılıqlı polemikaya girən tərəflərin mübahisəsinə qoşulan Kandelaki hər iki tərəfi bir-birinə hörmət etməyə çağırıb.

Qeyd edək ki, Tatev monastrı Ermənistan işğalında olan Qərbi Azərbaycanın Zəngəzur mahalının Gorus rayonunda, Tatev kəndi yaxınlığında yerləşən alban abidəsidir. VIII əsrdə, Sünik knyazlığı zamanında inşa edilib.

Bu linkdən sözügedən paylaşıma baxa bilərsiniz Tina Kandelakinin facebook hesabı