Azərbaycanlılarla ermənilərin birgə layihəsi

azerbaycanlilarla-ermenilerin-birge-layihesi
Oxunma sayı: 642

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, layihə Ermənistandakı “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən həyata keçirilib. Layihə qarşı tərəflə bağlı məlumatların araştırılması, ermənilər və azərbaycanlılar arasında qarşılıqlı anlaşmanın ilk əldən təsdiqlənməsinə xidmət edir.

Sayt açılan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib.

Raffi Ovannisyan xəyal dünyasına o qədər qapılıb ki, Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər.

Ötən gün “İctimai dialoqlar” (www.publicdialogues.info) saytının İrəvanda təqdimat mərasimi keçirilib. Yanvarın 18-də saytın Bakıda da təqdim olunması planlaşdırılır.