Azərbaycanlını silahla hədələyib 27 min dollarlıq saatını aldılar - Video

Azərbaycanlını silahla hədələyib 27 min dollarlıq saatını aldılar
Oxunma sayı: 4045

Türkiyədə İ.G adlı azərbaycanlı iş adamı 2 həmyerlisinin onu silahla təhdid etdiyini əsas gətirərək polisə müraciət edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, iş adamının sözlərinə görə, həmin şəxslər Glock markalı silahla hədə-qorxu gələrək ondan  “Mercedes” markalı avtomobilini, 27 min dollar dəyərindəki 2 qol saatını alıblar. Qırx min dollar müqabilində isə aldıqlarını geri qaytaracaqlarını bildiriblər. 

Polisin keçirdiyi əməliyyat çərçivəsində xuliqanlıq edən şəxslərlə iş adamının Fatihdəki AVM-lərin birində görüşü təşkil edilib. Kafedə baş tutan görüşdə 2 azərbaycanlı və onlara yardım edən 2 Türkiyə vətəndaşı saxlanılıb. 

Azərbaycanlılar məhkəməyə çıxarılıblar və haqlarında həbs qərarı verilib. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi