Azərbaycanlının Anyaya çəkdiyi klip rekord qırır

azerbaycanlinin-anyaya-cekdiyi-klip-rekord-qirir
Oxunma sayı: 2439

Rusiyanın məşhur müğənnisi Anya Semenoviçin yeni klipini azərbaycanlı rejissor çəkib.  “Qafqazinfo” xəbər verir ki, 39 yaşlı ifaçının “Xoçeş” adlı mahnısını Şövqi Əhədov ekranlaşdırıb. 

17 saata ərsəyə gələn layihə “Youtube”da bir neçə günə 3 milyona yaxın baxış toplayıb. Bundan əlavə, klipdə Anya Semenoviç, Roza Syabitova, Stas Dujnikovla yanaşı Şövqünün özü də yer alıb.