Azercell 2 jurnalisti Londona göndərir

azercell-2-jurnalisti-londona-gonderir
Oxunma sayı: 652

Beynəlxalq Mətbuat Mərkəzində Azercell Telekom MMC-nin Kaspi Təhsil Mərkəzi ilə birlikdə jurnalistlər üçün təşkil etdiyi 6 aylıq ingilis dili kurslarında iştirak edən və kursu bitirən media nümayəndələrinə sertifikatlar təqdim olunub. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, 30 yaxın jurnalistin iştirak etdiyi kurslarda müəllimlərin seçimi ilə 2 nəfər jurnalist Londona 2 həftəlik təhsil almaq şansı qazanıb. Londona təhsil dalınca gedəcək jurnalistlər Xəyal Babayev (“Azadlıq” qəzeti) və Təranə Məhərrəmovadır (“Kaspi” qəzeti).
İngilis dili kurslarında iştirak edən tələbə jurnalistləri Azercell Telekom MMC-nin prezidenti Ali Ağan da təbrik edib və bütün kurs iştirakçılarına xüsusi sertifikatlar təqdim edib.
Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva da Azercellin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib və belə layihələrin uğurlu və davamlı olacağını ümid etdiyini söyləyib.
Qeyd edək ki, “Azercell” bundan əvvəl də jurnalistlər üçün bir neçə dəfə pulsuz ingilis dili kursları təşkil edib və bu kurslarda yüzlərlə jurnalist iştirak edib.

Nigar Məmmədli