Azercell 2017-ci ilin yekunlarını açıqladı - Fotolar

Azercell 2017-ci ilin yekunlarını açıqladı
Oxunma sayı: 727

Azercell Telekom MMC Azərbaycan rabitə bazarının lider mobil operatoru olaraq  ölkədə fəaliyyətini uğurla davam etdirir. Bu barədə şirkətin 2017-ci ilin nəticələrinə dair mətbuat üçün illik hesabatında ətraflı məlumat verilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın mobil rabitə sektorunda 48.2% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in mobil xidmətlərinə üstünlük verir.

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və  Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator olub. 2017-ci ildə Azercell abunəçilərinin xidmətində olan ümumi Radio Baza Stansiyalarının sayı 5506-ya bərabər idi: 2G və 3G 4957; 4G stansiyaları- 549. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan  Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxalıb.

Müştəri məmnuniyyətini hər zaman öndə tutan Azercell Telekom ölkədə Müştəri Loyallığını ölçən ilk şirkətdir. Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksi olan NPS qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq 63% göstərici toplayıb. Müştəri Məmnuniyyəti Sorğusunda isə Azercell-in əldə etdiyi nəticə 81% -ə bərabər olub. Qeyd edək ki, hər iki rəqəm beynəlxalq standartlara görə yüksək göstəricidir.

Səmərəli Müştəri Xidmətləri fəaliyyətinə görə Azercell beynəlxalq keyfiyyətin idarəolunması standartı üzrə ISO sertifikatlarını yeniləyib:

ISO 18295-1:2017 müştərinin təmas nöqtələrində xidmət tələblərinə gözlənilən və gözləniləndən üstün səviyyədə uyğunluq

ISO 10002:2014 Müştəri şikayətlərinin həllinin idarəedilməsi

Sosial şəbəkələr vasitəsilə müştərilərin sorğularını ən operativ cavablamaya görə Azercell Socialbakers şirkətinin ölkə üzrə yeganə 100% göstərici ilə “Socially Devoted” sertifikatlarına layiq görülüb.

Azercell-in korporativ müştərilərinə göstərdiyi yüksək xidmət və unikal təkliflər nəticəsində 2017-ci ildə 1 400-dən artıq yeni şirkət öz rabitəsini Azercell-ə etibar edərək, onun korporativ müştəriləri sırasına qoşulub.

Azercell 2017-ci ildə yeni konsepsiyalı “Azercell Eksklüziv” mağazalarını abunəçilərin istifadəsinə verbi. Müştərilərə bir məkanda müxtəlif növ xidmət təqdim edən, rahat seçim etmək imkanı verən, Nordic konsepsiyasına uyğun olaraq qurulmuş yeni mağazalar Bakı, Xırdalan, Quba, Xaçmaz şəhərlərində açılıb.

Azercell 2017-ci ildə keçirdiyi sərfəli və güzəştli kampaniyalar ilə də abunəçilərini sevindirib. iPhone cihazlarının Azərbaycanda yeganə rəsmi təqdimatçısı olan Azercell Telekom-un təklif etdiyi kampaniyalar nəticəsində abunəçilər iPhone smartfonlarına sahib olmaqla yanaşı, sərfəli “Hədsiz” tarif paketindən yararlanmaq imkanı da qazandılar. Nəticədə, Azercell abunəçiləri arasında smartfon penetrasiyası 20% artıb.

Azərbaycanın rabitə bazarına innovativ yeniliklər və müasir xidmətlər gətirən Azercell ötən il də bu sahədə fərqlənib. Ölkəmizdə ilk dəfə “Virtual ATS” xidmətini istifadəyə verməklə Azercell şirkətlərə rabitənin yeni səviyyəsindən yararlanmaq imkanı yaradıb. Bu həll şirkətlərə mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır.  “Virtual ATS” xidmətilə şirkətlər daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır.

Azercell 2017-ci ildə “Azercell Plus” çətiri altında əlavə xidmətləri ilə də abunəçilərini sevindirib. Burada təqdim olunan xidmətlərin  hamısı müştərilərin rahatlığı üçün bir yerdə toplanıb və müxtəlif kateqoriyalara bölünüb. Belə ki, “Azercell Plus” xidmətləri vasitəsilə istənilən zaman və yerdə musiqi dinləmək və video izləmək, müxtəlif dillərdə kitab oxumaq, cihazların müdafiəsini təmin etmək, mobil cihazların təhlükəsizliyini və uşaqların İnternetdə keçirdiyi vaxtı idarə etmək mümkündür.

Azercell Telekom bazarının ən son yeniliklərini baş sponsoru olduğu Bakutel Telekommunikasiya sərgisində də abunəçilərinə təqdim edib. Azercell özünün əsas texniki tərəfdaşı Ericsson şirkəti ilə birgə simsiz rabitənin imkanlarını genişləndirmək məqsədilə ölkədə VoLTE xidmətini sınaqdan keçirən ilk şirkət olub. Nəzərinizə çatdıraq ki, VoLTE texnologiyası 4G (LTE) şəbəkəsi vasitəsilə səsli zənglər həyata keçirməyə və abunəçilərə ən yüksək keyfiyyətli (HD) səsli və video zəng xidmətlərindən faydalanmağa imkan verir. Bundan əlavə  “Bulud” texnologiyaları”, “Smart parking” “Connected cube” adlı texnoloji həllər də Azercell-in nümayiş etdirdiyi yeniliklər sırasında olub.

Fəaliyyət göstərdiyi 21 ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ötən il də ənənəsinə sadiq qalıb. 2017-ci ildə  şirkət ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, sahibkarlığın, insan qaynaqlarının inkişafına ümumilikdə 1 milyon 800 min manat, 1996-2017-ci illər ərzində isə 18 milyon 718 min 649,12 ABŞ dolları həcmində vəsait sərf edib.

-İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verərək Azercell Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimləri həyata keçirir.  Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə birgə əməkdaşlıqda "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda keçən təlimlər inkişaf edən texnologiyalar aləmində uşaq və valideynlərin müxtəlif təhlükələrdən necə müdafiə olunmasından ətraflı söhbət açır.   

-Azercell-in Barama İnnovasiya və Sahibkarlıq mərkəzi gənc startaplara dəstək olmaqda davam edir. İl ərzində 80 tədbir - texnoloji, qrup çalışmaları, forumlar, təlimlər, görüşlər, müsabiqələr, sosial və mədəniyyətlə bağlı layihələr keçirildi. Regionlarda və Bakıda Baramanın 4 yeni filialı açıldı, 5 beynəlxalq tədbir və 20 startap layihəsinin inkubasiyası keçirilib.

- 2017-ci ildə toplan 25 tələbə Azercell-in fəxri təqaüdçüsü adını qazandı.  Yay təcrübə proqramında iştirak etmiş 24 tələbədən 2-si Azercell-də ştat işçisi kimi işə alındı.  ITECA və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12-ci Beynəlxalq Karyera Sərgisində Azercell ən çox ziyarət edilən stend sertifikatını qazanıb.

- Ölkədə kadrların peşəkarlığını artıran Azercell Akademiyası İl ərzində Azercell daxilində və müxtəlif şirkətlər üçün toplam 118 təlim sessiyası təşkil edib.

-  2014-cü ildən etibarən Azercell Azərbaycan Uşaq Paralimpiya Komitəsində sağlamlıq imkanları məhdud uşaqların məşq etməsinə dəstək verir. 2017-ci ildə Uşaq Paralimpiya İdman Oyunlarında 8 regiondan 111 uşaq 7 idman növündə 19 medal uğrunda mübarizə aparıb. Gənc paralimpiyaçılar il boyu ölkəni müxtəlif beynəlxalq yarışlarında yüksək səviyyədə təmsil edib mükafatlar qazanıb.

- 2017-ci il ərzində Azercell-in Mobil Göz Klinikasının kimsəsiz uşaqlar, qocalar, az təminatlı ailələr üçün təşkil etdiyi pulsuz müayinələrdən 1426 nəfər keçib.

- Azercell-in yaratdığı Mobil Diş Klinikası isə ümumilikdə Bakı və Abşeronda 775 nəfəri pulsuz diş müayinəsi və müalicəsi ilə təmin edib.

-Azercell -in dəstəyi, Ümidli Gələcək İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan Uşaq Qaynar Xətti xidməti uşaq hüquqlarının qorunmasına, onların qayğısına və rifahına yönəlik layihələrindən biridir. 2017-ci ildə Azercell-in təşəbbüsü ilə Uşaq Qaynar Xətti xidmətinin mobil əlavəsi istifadəyə verildi. İl ərzində xidmətə ümumilikdə 3424 müraciət daxil olub.

- KİV-lə əməkdaşlığı həmişə ön planda olan şirkət jurnalistlər üçün 2009-cu ildən təşkil etdiyi ingilis dili kurslarını ötən il onlayn formada aparıb. İl ərzində 50- dən çox jurnalist bu kursa qatılmaq imkanı qazanıb.

-Bütün bunlardan əlavə, Azercell-in sosial dəstək məqsədilə yaratdığı güzəştli Veteran kampaniyası çərçivəsində veteranlar hər ay ümumilikdə 60 min manat civarında bonus alırlar.  Jurnalistlər üçün yaradılmış MediaCell tarif paketində isə media əməkdaşlarına Azercell-dən hər ay 20 min manat dəyərində bonus təqdim olunur.

Ölkədə gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyan Azercell Telekom  “Gənclər kitab oxuyur” adlı layihə çərçivəsində “Starbucks” Azərbaycan kafelərində oxu günləri təşkil edib.

Azercell tərəfindən həyata keçirilən bütün bu işlər yerli və beynəlxalq qurumların diqqətindən kənarda qalmadı və şirkət ötən il beynəlxalq və yerli ödüllərə layiq görüldü. Azercell Telekom “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında  milli bazar və beynəlxalq reytinqdə güclü mövqeyinə, müasir idarəetmə texnologiyalarının uğurla həyata keçirilməsinə, əməkdaşların yüksək hazırlıq səviyyəsinə və səmərəli marketinq strategiyasına görə İsveçrədə xüsusi ödülə layiq görüldü. Şirkət prezidenti Vahid Mürsəliyev Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi mükafatlandırılıb, qızıl medalla təltif olunub.

Bütün bu və burada qeyd olunmayan digər çoxsaylı göstəricilər Azercell Telekom MMC-nin nailiyyətlər və uğurlarla dolu bir ili geridə qoyduğunu bildirməyə əsas verir. Ölkənin lider mobil operatoru Azercell Telekom, yeni ildə də müştərilərini güvənli və yüksək keyfiyyətli rabitə ilə təmin etmək, sürətli Mobil İnterneti hamı üçün əlçatan etmək, xidmət səviyyəsini daim yüksək saxlamaq, bazara yeni innovativ həllər və yeni texnologiyalar gətirməklə öz fəaliyyətini davam etdirəcək.

Nigar







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi