Azercell 3 yeni Ekspres Ofisi açdı

azercell-3-yeni-ekspres-ofisi-acdi
Oxunma sayı: 652

Azercell Telekom MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək üçün Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Şirkət bu günlərdə 3 yeni Azercell Ekspres ofisini abonentlərin istifadəsinə verib. Azercell-dən “Qafqazinfo”ya verilən məlumata görə, Ekspres ofisləri Hövsan və Maştağa qəsəbəsində və eyni zamanda Həzi Aslanov metro stansiyasının yaxınlığında açılıb. Yaxın günlərdə şirkət Siyəzən şəhərində də yeni Ekspres ofisini abonentlərin istifadəsinə verməyi planlaşdırır.

Qeyd edək ki, fəaliyyətə başlayan Azercell Ekspres ofislərinin işinin əsasını “bir nöqtədə üç xidmət”( "one stop shopping") konsepsiyası təşkil edir. Bu konsepsiyaya əsasən abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Azercell şirkəti tək Azərbaycanda deyil, bütün regionda “bir nöqtədə üç xidmət” konsepsiyasını təqdim edən ilk şirkətdir. Xatırladaq ki, Azercell-in Bakıda 16, rayonlarda isə 21 Ekspres Ofisi fəaliyyət göstərir.
Şirkət bundan sonra da Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətindədir.

Nigar Məmmədli