Azercell 4,4 milyona çatdı

azercell-44-milyona-catdi
Oxunma sayı: 646

Ötən il ərzində şirkət tərəfindən 1000 yeni baza stansiyası işə salınıb. Operatorun mobil şəbəkəsi respublika əhalisinin 99,8 faizini əhatə edir. "Azercell" 2012-ci ildə ölkənin telekommunikasiya sektorunun inkişafına 100 milyon manat investisiya qoyub. Şirkət 16 illik fəaliyyəti ərzində 1 milyard manat investisiya yatırıb. Şirkət ötən il dövlət büdcəsinə 90 milyon manat, 16 illik fəaliyyəti ərzində isə 925 milyon manat ödəyib.

"Azercell Telekom" MMC-nin məlumatına görə, ötən il ərzində şirkətin şəbəkəsinin abonentlərinin sayı 200 min artaraq 4,4 milyona çatıb. Bu saydan təqribən 2 milyonu 3G şəbəkəsinin istifadəçiləridir. "LTE şəbəkəsinin abonentlərinə gəlincə, bu şəbəkəni dəstəkləyən qurğuların sayının qeyri-kafi olduğunu nəzərə alsaq, onların sayı yüzlərlədir, - Qaburiç qeyd edib. - LTE şəbəkəsinin əhatəsi hələlik paytaxt ərazisi ilə məhdudlaşır. Burada 10 çıxış nöqtəsi quraşdırılıb".

Nigar