Azercell abunəçilərinə 2 yenilik

azercell-abunecilerine-2-yenilik
Oxunma sayı: 649

Azercell Telekom MMC iki yeni kampaniyasını abunəçilərinə təqdim edib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, ilk kampaniya 30 may 2012-ci il tarixindən 30 noyabr 2012-ci il tarixinədək keçirilir. “İkiqat Mobil İnternet” Kampaniyası bütün Azercell Fakturalı Xətt və SimSim abunəçilərini əhatə edəcək. Kampaniya bütün mobil internet paketlərinə şamil edilir. Kampaniyanın şərtlərinə əsasən, 30 MB, 100 MB, 300 MB, 1GB, 5 GB və ya 15 GB həcmində mobil internet paketini sifariş edən hər bir abunəçiyə hədiyyə olaraq eyni həcmdə mobil internet xidmətindən istifadə etmək imkanı veriləcək.

Digər bir kampaniya isə 7 iyun 2012-ci il tarixindən abunəçilərin ixtiyarına veriləcək. “10luq kampaniya” adlanan bu kampaniya çərçivəsində, abunə hədiyyə olaraq 3GMax USB modemi əldə etmək və 10 faktura dövrü ərzində hər fakturada 10 AZN ödəmək şərtilə 10GB həcmli (hər faktura üçün) mobil internet paketindən istifadə etmək imkanı qazanır. Kampaniya yalnız fakturalı xətt nömrələri üçün nəzərdə tutulmuşdur.Korporativ abunələr bu kampaniyadan 20% endirimlə, yəni 8 AZN (ƏDV daxil) ödəməkləistifadə edə biləcəklər.

Onu da qeyd edək ki, abunəçilər “İkiqat Mobil İnternet”və ya “10luq kampaniya”nın yalnız birindən yararlana bilərlər.

Nigar